XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 20:08

Kəmaləddin Heydərov Niderlanddan gələn heyətlə görüşdü

heyderov-2

Fövqəladə hallar naziriKəmaləddin Heydərov mayın 19-da Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Niderlandın uyğun qurumları ilə əməkdaşlıqdan bəhs edən K.Heydərov bildirib ki, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində sıx əməkdaşlıq mövcuddur.

Rene van der Linden deyib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir. Qonaq ümidvar olduğunu bildirib ki, bu səfər də Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə daha geniş əlaqələrin formalaşmasına təkan verəcək.

Görüşdə Niderland Krallığının Limburq əyalətinin iqtisadiyyat və bilik infrastrukturu naziri Tvan Beurskens uyğun sahələr üzrə əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.