XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 11:27

“Bandotdel” Bakıda xüsusi əməliyyat keçirdi

Bakıda evlərin birindən silah-sursat aşkarlanıb.

Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş “Marqolin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Hazırda həmin silahların hansı yolla əldə olunduğu və nə məqsədlə saxlanıldığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.