XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 18:54

“Siz qürur doğuran yoldasınız…” – Patrik Hikki
“Prezident Əliyev və Birinci xanım Əliyeva, sağ olun, Azərbaycan, sağ ol. Avropa Olimpiya ailəsinə verdiyiniz səmimi qəbula görə, sağ olun. Avropa idmanının parlaq gələcəyinə verdiyiniz töhfəyə görə, sizə minnətdaram”.
Bunu bu gün “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki söyləyib.
“Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram. İdman müsbət dəyişikliklər üçün unikal qüvvədir”, – deyə, bildirən Hikki Azərbaycanın bir dövlət olaraq, qürur doğuran yolda olduğunu bəyan edib.