XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 09:53

İki güləşçimiz finala çıxıb- Foto

gulesh_1.jpg

Azərbaycan pəhləvanı Rəsul çunayev bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə finala vəsiqə qazanan ilk azərbaycanlı olub.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 71 kq çəki dərəcəsində yarımfinalda Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə qarşılaşan təmsilçimiz rəqibindən üstün olub. O, hesabı ilə qalib gələrək yarışların finalına çıxıb.

Rafiq Hüseynov isə bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə finala vəsiqə qazanan ikinci azərbaycanlı olub.

Yunan-Roma güləşçilərinin yarışında 80 kq çəki dərəcəsində yarımfinalda Türkiyəgüləşçisi Selcuk çebi ilə qarşılaşan təmsilçimiz rəqibindən də üstün olub. O, əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə tam üstünlüklə vaxtından əvvəl qalib gəlib. Sadəcə bu dəfə hesab fərqli olub 9:0.

Qeyd edək ki, bu Azərbaycanın xalça üzərinə çıxan güləşçilərindən Rəsul çunayev (71kq) da artıq finala çıxıb. Yarımfinalda Rusiya güləşçisinə məğlub olan Elman Muxtarov (59kq) bürünc medal uğrunda mübarizə aparacaq. Digər pəhləvanımız Orxan Nuriyev isə (98kq) isə 1/4 finalda məğlub olub.

gulesh_2.jpg

Strateq.az