XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 21:58

“Hazırkı durum Rusiyanın müttəfiqi olan Ermənistanın ziyanınadır” –Rusiya XİN-də agentlik direktoru

savash-1

"Dağlıq Qarabağ münaqişəsi ətrafında Moskva üçün əsas təhlükə hərbi aktivliyin artması və lokal müharibəyə üçüncü ölkələrin cəlb etməsidir. Hər şeydən əhəmiyyətli isə münaqişəyə Rusiya və Türkiyənin cəlb edilməsidir. Bu müharibənin böyüməsi perspektivini artırar”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin "Vneşnaya politika" ("Xarici siyasət") agentliyinin rəhbəri, politoloq Andrey Suşentsov deyib.

O, bildirib ki, münaqişə bölgəsindəki status-kvo Rusiya və onun müttəfiqlərinə ziyan vurur: “Münaqişənin uzanması Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Hazırda isə status-kvo çox kövrəkdir. Həmçinin Rusiya Qarabağ münaqişəsini böyük enerji ilə həll etməyə çalışır. Bunu son illərdə Moskvanın diplomatik təşəbbüslərindən hiss etmək olar”.

Andrey Suşentsov deyib ki, status-kvo Rusiyanın müttəfiqi olan Ermənistanın da ziyanınadır: “Ermənistanın Rusiya ilə ümumi sərhədləri yoxdur. Həmçinin İrəvan vacib regional nəqliyyat və enerji infrastrukturlarından kənarda qalır. Bundan başqa Türkiyə tərəfindən blokadadır və dənizə çıxışı yoxdur. Bütün bunlar İrəvanın iqtisadi vəziyyətini pisləşdirir”.

ANS