XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 May 2016 - 21:57

Pentaqonun yalanınıifşa edən şəkillər

Rakka'da YPG üniformalı ABD askerleri | FOTO

 

Bu zamana qədər Yaxın Şərqdə kürd separatçılarına hərbi və siyasi dəstək verən ABŞ bunu onların digər xalqlardan daha yaxşı döyüşmələriylə əsaslandırırdı. Bu gün Suriyanın Rakka vilayətini İŞİD-çilərdən təmizləmək üçün hərəkətə keçən kürd silahlılarının yayılan fotoşəkilləri isə həmin “qəhrəmanlıq” dastanlarının əsl səbəbinə işıq tutur.

Strateq.az xəbər verir ki, dünya mediasını bəzəyən həmin fotoşəkillərdəki əsgərlərin kürd silahlıları olmadığı aydınlaşıb.

Məlumata görə, onlar əslində Pentaqon muzdlularıdır. Muzdlular kürd silahlılarının uniformalarını geyinərək, Rakkaya qarşı başlanan quru əməliyyatında iştirak edirlər.

Bu şəkillərin dünya mediasında ciddi əsk-səda doğurmasının səbəbi ABŞ-ın quru əməliyyatına qatılmayacağını, yerli qüvvələrin hücumuna hava dəstəyi verəcəyini açıqlamasıdır. Şəkillər isə Pentaqonun iddialarının alt-üst edir.

Qeyd edək ki, nüfuzlu “Foreign Policy” jurnalı bir müddət əvvəl ABŞ-ın Yaxın və Orta Şərqdə əslində göstəriləndən daha artıq əsgər saxladığını bildirmişdi. Jurnalın iddiasına görə, Pentaqon bu coğrafiyada apardığı hərbi əməliyyatlarda əsasən muzdlu əsgərlərə üstünlük verirmiş. Bunun səbəblərindən biri əsgərlərin əməliyyatlarda iştirakını gizlətməkdirsə, digəri canlı qüvvə itkilərinin sayını olduğundan az göstərməkdir. Nədən ki, Pentaqon itkilərlə bağlı rəsmi açıqlamalarında muzdlu ölümlərini hesaba qatmırmış. Beləcə, rəsmi rəqəmləri gerçək itkilərdən dəfələrlə az göstərmək mümkün olurmuş.

“Foreign Policy”nin məlumatına görə, hal-hazırda Yaxın və Orta Şərqdə hərbi əməliyyatlarda 10 minlərlə ABŞ muzdlusu iştirak edir. Təkcə Əfqanıstanda muzdluların sayı 28 min 626 nəfərdir. ABŞ-ın bu ölkədəki rəsmi əsgərlərinin sayı isə heç 10 minə də çatmır. Yəni Əfqanıstanda ümumilikdə 40 minə yaxın Pentaqon əsgəri vuruşur.

İraqda 8 minə yaxın ABŞ muzdlusunun döyüşlərdə aktiv rol aldığı bildirilir. Suriyada isə rəsmi rəqəmlərə görə, cəmi, 250 ABŞ əsgəri var və onlar PYD silahlılarına təlim keçirlər. Bu ölkədəki muzdlu amerikanların sayı açıqlanmır. Hərbi statistika bu barədə ya susur, ya da inkarçılığa üstünlük verir.

Şəkillər isə, fəlsəfəçilərin təbirincə desək, inkarı inkar edirlər.

 

Heydər Oğuz

Strateq.az