XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 23:37

Naxçıvana uçan təyyarədə 3 gündə iki dəfə panika – “AzAL” hara baxır?!
İyunun 15-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində uğurla başa çatıb və qayıdan təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.
Xatırladaq ki, bu hadisədən 2 gün əvvəl – 2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi də avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən uçuşun 9-cu dəqiqəsində geriyə – Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
Strateq.az bildirir ki, Bakı-Naxçıvan və əks istiqamətdə işləyən təyyarələrin hədsiz köhnə olması səbəbindən uçuşların riskli olması və uçuş müddətində sərnişinlərin psixoloji baxımdan gərgin, panik əhval-ruhiyyəyə düşməsi dəfələrlə mediada vurğulansa da, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi bu məsləni, yumşaq desək, qulaqardına vurur. Sərnişinlərindən milyonlar qoparan bu şirkətin əhalinin taleyi ilə bu sayaq oynaması, həqiqətən, utancverici və həqarətdir.
Görəsən, bu təyyarələrdən hansısa gəlib yerə düşməlidirmi ki, onları dəyişmək qərarı verilsin?!
Strateq.az