“Hesab edirəm ki, aprel hadisələrindən sonra Dağlıq Qarabağ nümayəndələri danışıqlar stoluna qayıtmalıdırlar”.
Strateq.az “Qolos Ameriki”ya istinadən bildirir ki, bu sözləri ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Vaşinqtonda Qarabağ münaqişəsi ilə bağlı keçiriən müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ atəşkəslə bağlı 1994-cü ildə imzalanmış sazişi imzalayn tərəflərdən olub: “Həmişə Qarabağın hansısa etapda danışıqlara qoşulması gözlənilən olub”.
Səfirin sözlərinə görə, Vaşinqton Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşması xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik etmək olub: “ABŞ problemin yuxarıdan qərar verilməsinə deyil, aşağıdan – xalq tərəfindən həllinə kömək etməyi arzulayır. Biz əhaliyə məsələni özü həll etməsi üçün kömək etməliyik”.
Evansın sözlərinə görə, əgər sovet nəslinin birgə yaşamaq üçün təcrübəsi olubsa, son 20 ildə Dağlıq Qarabağ, Ermənistan və Azərbaycanda heç vaxt bir yerdə yaşamayn yeni nəsil böyüyüb.