XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

29 May 2016 - 15:33

Fellucə növbəti fəlakət qarşısında:Yaxın Şərqin “qan çanağı” şiələrin əlinə keçir

Enbar'da stratejik Garma bölgesi IŞİD'den alındı

İraq ordu birlikləri İŞİD-in ilk və alınmaz qalası hesab olunan Fellucəyə yaxınlaşıb.

Strateq.az xəbər verir ki, əməliyyatın komandiri general İsmail əl-Mehlavi Anadolu Agentliyinə açıqlamasında bunu bildirib.

Açıqlamaya görə, Fellucəni İŞİD-dən geri almaq əməliyyatı çərçivəsində hərəkətə keçən silahlı qüvvələr şəhərin cənubundakı Fırat çayına qədər irəliləyib. İndi Fellucəyə daxil olmaq üçün sadəcə Firatı keçmək qalıb: "Ordu birlikləri əl-Amiriyye nahiyəsi ilə Fellucəni bir-birinə bağlayan yola nəzarəti ələ keçirib. Əməliyyatda 11 İŞİD mənsubu öldürülüb, təşkilata aid 4 texnika istifadə edilə bilməz hala gətirilib".

2014-cü ildən bəri İŞİD-in nəzarətində olan Fellucəni geri almaq məqsədiylə İraq ordusunun əsgərləri, polis təşkilatına bağlı qüvvələr, şiə partizanlarından ibarət Haşdi Şabi və sünni tayfa gücləri 23 mayda ortaq əməliyyat başlatmışdı.

ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinə aid döyüş təyyarələri də əməliyyat zamanı iraqlı güclərə hava dəstəyi verib. İraq rəhbərliyi Fellucədən sonra İŞİD-in ana qərargahı Mosulu almağı qarşıya məqsəd qoyub.

Qeyd edək ki, Fellucə İraqın ABŞ işğalına qarşı dirənişində mühüm xidməti olan şəhərdir. İlk dəfə 2003-cü ildə ABŞ əsgərləri bu şəhərə girib ən böyük məktəbi kazarmaya çevirəndə dinc əhalinin ciddi etirazıyla qarşılaşmışdı. Sakinlərin məktəbi tərk etmək tələbinə sərt qarşılıq verən ABŞ əsgərləri 4 dinc etirazçını öldürmüşdü. Sivil xalqa qarşı sıxılan güllələr insanları sakitləşdirməmiş, əksinə, əsəbləri tam tarıma çəkmiş, etiraz dalğasını gücləndirmişdi. Səddam Hüseyn ordusunun keçmiş mənsubları da bu umümxalq narazılığından istifadə edərək, Fellucədə ABŞ əsgərlərinə qarşı partizan müharibəsinə başlamışdılar. Daha sonra bu mübarizə əsl üz-üzə müharibəyə çevriləcək, 600-dən artıq mülki insanın ölümünə yol açan Fellucə müqavimətində 184 dirənişci, 27 ABŞ əsgəri həyatını itirəcəkdi. Şəhərdəki sabitliyi bərpa etdiyini düşünən işğalçılar cəmi bir aydan sonra yerli əhalidən ibarət hərbi güc yaradaraq və başına sabiq BAAS rejimi generalı Məhəmməd Salehi gətirərək  şəhərdən çıxacaqdılar.

Fəqət Fellucəyə səpilən düşmənçilik toxumu I Fellucə dirənişindən sonra asayişi qorumaq üçün yaradılan yerli hərbi qüvvələri də ABŞ-ın özünə qarşı çevirdi. ABŞ tərəfindən maliyyələşdirilən və silahlandırılan yerli qüvvələr Bağdadda və digər şəhərlərdə koalisiya qüvvələrinə qarşı terror aksiyaları keçirməyə başladılar. ABŞ ordusu ikinci dəfə Fellucəyə girmək məcburiyyətində qaldı və 2004-cü ilin noyabr ayında başlayan II Fellucə müharibəsində bu şəhər daha çox insan itkisi yaşadı: mülki əhalidən 1600 nəfər öldü, xeyli insan yaralandı. Qısa müddət ərzində iki dəfə darmadağın olunan Fellucə əhalisinin sayı da köçlər nəticəsində ciddi azaldı. 350 min əhalisi olan Fellucədə bu iki savaşdan sonra 25-30 min insan qalmışdı. ABŞ ordusu isə II Fellucə savaşında cəmi 64 əsgərini qurban vermişdi.

ABŞ işğalına qarşı müqavimətin mərkəzi halna gələn Fellucə Pentaqon qüvvələrinin İraqdan çıxmasından sonra çox rahat bir şəkildə İŞİD-in əlinə keçdi. 2014-cü ildə əsasən keçmiş BƏƏS rejiminə məxsus zabitlər tərəfindən yaradılan İŞİD-in əlinə keçən Fellucə “xilafətçilər” üçün də yabancı deyildi. Əvvəla, ona görə ki, İŞİD-i meydana gətirən qüvvələr ilk dirənişə bu şəhərdə başlamışdılar. Üstəlik, İraqı işğal edən ABŞ daha sonra hakimiyyətdəki sünniləri uzaqlaşdırıb şiə təəssübkeşlərini iş başına gətirmişdi. Bu qədər düşmənçiliyin təşviq edildiyi regionda vətəndaşlar istər-istəməz rejimə və işğala qarşı döyüşən qüvvə təəssüratı yaradan İŞİD-ə meyllənirdilər. Bəzi hallarda onu özlərinin nicatı olaraq görürdülər.

Beləcə, iki il bundan əvvəl İŞİD-ə pənah aparan Fellucə indi növbəti sınaq qarşısındadır. Pənah apardıqları İŞİD isə sakinlərin şəhərdən çıxmasına imkan vermir, onları, bir növ, özünün canlı qalxanına çevirib.

Buna baxmayaraq, Yaxın Şərqdə canlı qalxanın canlı bomba kimi  görünməsi və mülki vətəndaşa zərrə qədər əhəmiyyət verilməməsi İŞİD-in bu taktikasının da uğurlu alınmasını şübhə altında qoyur.

Qısası, Fellucə yeni fəlakət qarşısındadır.

Heydər Oğuz

Strateq.az