XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 17:25

Rus ekspert:Azərbaycan “dördgünlük müharibə”dən daha yaxşı durumda çıxdı – Təhlil

Qarabag

Vyaçeslav Mixaylov

EAdaily.com. 30.05.2016

 

Ermənistan diplomatiyası Qarabağ məsələsində gözlənilmədən prinsipiallıq nişanələri sərgiləməyə başlayıb. Cənubi Qafqaz respublikasının XİN-i 16 may Vyana görüşündən sonra açıqlama ilə çıxış etdi. Açıqlamaya əsasən, Azərbaycan tərəfi yalnız Avstriya paytaxtında əldə edilmiş razılaşmalara riayət etdiyi halda Bakı ilə danışıqların təzələnməsi haqda danışmaq mümkündür. Söhbət qoşunların təmas xəttində insidentlərin təhqiqatı mexanizminin tətbiqi və işə düşməyi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisinin münaqişə bölgəsində funksiyasının genişləndirilməsi və missiyasının möhkəmləndirilməsindən gedir.

İrəvan bununla da öz mövqeyinə ciddi görüntü və məntiqi səliqə  verməyə cəhd edir. Nəzərə alaq ki, əvvəllər Bakının zor üsullarından imtinası halında danışıqların davam edəcəyi bəyan olunmuşdu. Ermənistan hökumətinin aprelin 28-də prezident Serj Sərkisyanın adından formulə etdiyi üç şərt beləcə ritorika səviyyəsində qaldı. Lakin Ermənistan yetişməkdə olan diplomatik çaşqınlıqdan çıxmaq və daha realist şərtlər irəli sürmək niyyətindədir. Ümid yarandı ki, hər halda erməni diplomatları məsələni bu yerə çatdırmağa nail olacaq ki, Vyanada danışıqlar deyil, danışıqların yenidən başlanması haqda məsləhətləşmələr keçiriləcək. Səciyyəvi cizgi – Ermənistan və Azərbaycan XİN başçıları ən yaxın günlərdə ATƏT Minsk qrupunun həmsədrləri ilə Avropanın müxtəlif paytaxtlarında ayrı-ayrılıqda görüşəcəklər.

Lakin Ermənistanın Qarabağ nizamlamasının indiki mərhələsində uğurları bununla məhdudlaşır. Belə ki aydın cavab almamış bir neçə əsaslı sual qalır. Onların içində əsaslarını ayıraq – Dağlıq Qarabağ ətrafındakı ərazilərlə bağlı Ermənistanın mövqeyininn aydınlaşması və tanınmamış respublikanın gələcək statusu.

Aprel kəskinləşməsi tərəflərin mövqeyinə xeyli dəyişiklik gətirdi. Ermənistan danışıqçıları əvvəlki bütün illərdə buna güvənirdilər ki, azərbaycanlı üz-üzə əyləşənlər və şəxsən prezident İlham ƏliyevDağlıq Qarabağın müstəqilliyinin tanınması əvəzinə ərazi mübadiləsi” prinsipinin gerçəkləşməsinə heç vaxt getməyəcək. Bu, həmişə, o cümlədən bu günlərdə tez-tez yada salınan 2011-ci ilin iyununda Kazan görüşündə tərəflər nizamlamanın baza prinsipləri əsasında sənəd imzalamağa yaxın olarkən də işlək idi. Bakı öz sərhədlərinin yanında daha bir erməni dövlətinin yaranmasına heç bir şəraitdə getməz. İrəvanda hesabı belə qururdular ki, deməli, məhz Dağlıq Qarabağın tanınması məsələsini irəli vermək lazımdır. Bu qayda ilə status-kvo saxlanır, DQR-in (mətndə bu cürdür-tərc.) mövcudluq müddətinin dönməzliyinə hədəflənməklə vaxt udurdular. Münaqişənin üçtərəfli xarakteri və Ermənistanın əsas deyil, münaqişənin maraqlı tərəfi (İrəvanın versiyasına görə, əsas tərəflər beynəlxalq hüquq subyektində “bərabər” tərəflər Azərbaycan və Dağlıq Qarabağdır) əsasında qurulmuş Ermənistan strategiyasının konstruksiyası  “dördgünlük” müharibəyədək səmərəli görünürdü. Lakin bölgədəki coşqun hərbi kəskinləşmənin nisbətən sakitliklə əvəzləndiyi 5 apreldən sonra “üçtərkibli konstruksiya” çaş düşdü.

Əvvəlki yazılarımızda dördgünlük döyüşlərin nəticələri üzrə oxucuların diqqətini Ermənistan diplomatiyasının bir neçə büdrəyişinə yönəltmişik. Bu büdrəyişləri çox kobud səhv adlandırmaq istəməzdim, lakin bu cür qeydə alma həqiqətə yaxındır. İrəvan həqiqətən də Dağlıq Qarabağın müstəqilliyini yeritmək istəyirdisə, Stepanakerti (mətndə bu cürdür-tərc.) üçtərəfli rejimdə rəsmi təmaslar meydanına çıxartmaq üçün bütün səylərini qoymalıydı. Buna bənzər heç nə baş vermədi. Aprelin 5-dən sonra hər şey var idi: erməni diplomatları və hərbçilərinin bəyanatlarında dolaşıqlıq və ziddiyyətlər, Dağlıq Qarabağın müstəqilliyinin tanınıb-tanınmaması və yaxud bunun zərurətinin hələ yetişmədiyi haqda çirkin mübahisələr, bir yığın digər dəlmə-deşiklər. Başlıcası – ən yüksək səviyyədə prezident Sej Sərkisyanın ağzından DQR təmsilçilərinin olmayacağı halda danışıqlar masasının arxasında oturulmayacağı haqda bəyanat yox idi. Vaxt əldən buraxıldı, bu cür prinsipiallığı misli görünməmiş aprel kəsklinləşməsi zamanı ortalığa qoymaq lazım idi. Lakin o vaxt DQR-in subyektləşdirilməsi üçün Ermənistan tərəfdən hətta cüzi iş də görülmədi. Moskva, Vaşinqton və Parisdən kəskinləşmənin günahkarı xüsusunda ünvanlı açıqlama gəlməsə də, aydındır ki, cəbhə xəttinin ayrı-ayrı sahələrində 10 km dərinliyə Ermənistan qüvvələri girməmişdi. DQR-in ayrıca dövlət qurumu kimi tanınması ilə bağlı məsələni pozulmuş hesab etmək olar. Azərbaycan “dördgünlük müharibə”dən aprelin 5-ə qədərki mövqedən daha yaxşı durumla çıxdı. O, əyani şəkildə sərgilədi ki, Ermənistan Dağlıq Qarabağı əməli işdə deyil, yalnız sözdə münaqişənin digər iki tərəfinə tay sayır. Bakı həmçinin göstərdi ki, hərbi itkilər sayəsində cəbhə xəttini Stepanakertə yaxınlaşdıra bilər. Azərbaycan diplomatiyasının satus-kvonun qəbuledilməzliyi haqda ənənəvi süjeti praktikada gerçəkləşdi.

Azərbaycan deyir: inam dərəcəsi və atəşkəs rejiminin monitorinqi mexanizminin implementasiyası (beynəlxalq öhədliklərin dövlətdaxili səviyyədə gerçəkləşdirilməsi-tərc.) Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılması ilə sinxronlaşdırılmalıdır. Ermənistan nizamlamanın ilk addımlarının həyata keçirilməyinin başqa alqoritmini təkid edir – göstərilənn mexanizmin işinin effektivliyinə  əmin olmaq, sonra qoşunların çıxarılması məsələsinə keçmək lazımdır. İstənilən halda, xarici güclər məhz Ermənistan tərəfdən ilkin addımların, yəni cəbhə xəttinin ayrı-ayrı sahələrində tutulmuş mövqelərin tərk edilməsi ilə bağlı konkret addımların gözləntisi səviyyəsini artırdılar. Gedib-getməmək haqda deyil, bu cür çəkilməyin qaydası və digər  “texniki” parametrləri haqda məsələ qoyulur. Əmin olmaq çətin deyil ki, Azərbaycan onun üçün bu prinsipial məsələdə öz xeyrinə hiss olunacaq üstünlüyə nail oldu. O, indi “status əvəzində ərazilər” sövdələşməsini müzakirə etməyə hazırdır, çünki Ermənistan diplomatiyasının “parlaq” işi bu statusu praktik olaraq yeganə qabiliyyətsiz sxemədək daraltdı: “birləşmək əvəzində ərazilər”.

İzah edək: gələcək referendumun nəticələri üzrə Dağlıq Qarabağın Ermənistana keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədlərində birləşdirilməsi.

“Dördgünlük müharibə”nin nəticələri üzrə itirilmiş ərazilərin sahəsi haqda İrəvanda yerli hökumət üçün xoşagəlməz müzakirələr onları daha böyük dalana dirəyir. Və burada da Ermənistan hakimiyyətinin yüksək eşelonu təmsilçilərinin çıxışlarındakı bir yığın səhvlər və əldən buraxılmış imkanlar. Qarabağ torpağının itirilmiş hissələrinin “Ermənistan ordusunun kürəyinə bıçaq zərbəsi” kimi sterateji önəmi  olmadığı haqda söhbətlər. Bu, doğrudan da belədirsə, onda niyə bu haqda ictimai rejimdə danışılır və itirilmiş ərazilər də hektarlarla ölçülür? Strateji önəmi yox idi? Onda bu cür mövqerləri niyə onlarla əsgərin həyatı bahasına qorumaq lazım idi? Bütn bunlardan və digər xeyli məsələlərdən bircə təəssürat qalır – Dağlıq Qarabağ ətrafındakı “təhlükəsizlik zolağı”nın əraziləri İrəvanda hökumət tərəfindən erməni torpaqları kimi hiss olunmur. Bu, “xırda pul”dur, bundan artıq deyil. Vətən hektarla ölçülmür, o, fermer təsərrüfatı deyil. Ali baş komandanın, ən azı, camaat içində üzündə ciddi heç nə baş verməyibmiş kimi ifadə ilə itirilmiş 800 hektar ərazidən danışmağa mənəvi haqqı çatmır. Ermənistan Çin deyil, burada hər kvadrat kilometr, hər əsgər hesabda durur. Ərazini “xırda pul”a çevirdiniz? Onda insanların həyatı ilə oynamayın. Əgər buralar erməni torpağıdırsa, onda şeyləri öz adıyla çağırın ki, Gümri və Eçmiədzindən çağırışçı oğlanlar öz həyatlarını nəyin uğrunda verdiklərini bilsinlər.

Top Ermənistanın meydançasına elə-belə düşməyib. Müdafiənin bütün xətlərində iflasdan sonra onun qapıdan necə uzaqlaşdırlacağı isə ümumiyyətlə aydın deyil.

 

Tərcümə Strateq.az-ındır.