XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 12:14

Azərbaycan təhsili uçrumun astanasında! – TQDK-dan növbəti şok statistika

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Strateq.az TQDK-nın saytına istinadən xəbər verir ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

9-cu sinif buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İmtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib.

TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

Cədvəllərdə iyunun 6-da ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlar təqdim olunur :






11-ci siniflər üzrə keçirilən buraxılış imtahanlarında isə iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.