XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 09:33

Kiyevdən özəl reportaj:“Maydan” yenidən baş verə bilər-VİDEO&FOTO

Ukraynalılar “Maydan”ın nəticə vermədiyinə inanırlar…

DSC00234

Helsinkidən sonra yolüstü Kiyevdə duracaqdıq. Bakıdan gedənbaşı olduğu kimi deyildi, o zaman cəmi 1 saatımız qalmışdı. İndisə tam 6 saat Bakıya gedən təyyarəni gözləməli idik. Bu qədər gözləmək istəmədik. Həm bizi Helsinkidə qarşılayan və müşayiət edən qrupun təmsilçilərinə – xoşbəxtlikdən onların bəziləri ukraynalı idilər – həm də Avropadakı dostlarımıza xəbər saldıq ki, Kiyevə dəymək, “Maydan”da olmaq və Azərbaycan diasporasının bəzi üzvləri ilə görüşmək istəyirik. Sağ olsunlar, həm onlar, həm də onlar bizi ukraynalı həmkarlarımızla görüşdürdülər və biz Kiyevin “Borispol” hava limanından bayıra çıxanda hər iki tərəfdən bizi qarşılayan fərqli adamların olduğunu gördük.

SAM_0337

“Maydan”ın iştirakçılarından Vidadi İsrafilov, müstəqil jurnalist Ənvər Dergaç, Azərbaycan Diasporasının üzvlərindən Yalçın Qəhrəmanlı və dostları qarşıladılar bizi. Bizim vaxt problemimiz çox operativlik tələb edirdi. Həm “Maydan”ı gəzməli, çəkilişləri aparmalı, həm müsahibələri götürməli, həm də yeni yaranan bir məsələni həll etməli – Ukrayna mətbuatına müsahibə verməli idik. Və… vaxtında Kiyevin “Borispol” hava limanına qayıtmalı, gecikməməli idik. Bizə Kiyevdən “Borispol” hava limanına gələn yolların tıxacla xarakterik olduğu deyilmişdi.

“Maydan” bizdə dərin təəssüratlar yaratdı. Ukrayna xalqının şərəf tarixi olan bu meydan bizim təsəvvür etdiyimiz kimi böyük deyil. Haradansa məndə o əminlik vardı ki, “Maydan” bizim “Azadlıq” meydanımız boydadır. Amma yox, “Maydan” bir neçə kəsişən küçə və onların mərkəsindəki balaca bir yerdir. Bütün küçələrdə, küçələrdəki sıralanan ağaclarda “Maydan” qəhrəmanlarının şəkilləri asılıb. Burada hətta bir yer var ki, insanlar kütləvi öldürülüb və onların hamısının xatirəsinə şəkilləri asılıb. Bura bizim Şəhidlər Xiyabanını xatırlatdı və yalnız o zaman öyrəndik ki, sən demə, Ukraynanın, Kiyevin Şəhidlər Xiyabanı yoxdur. “Maydan” qəhrəmanlarının hərəsi bir yerdə dəfn olunub. Biz bu haqda öz təkliflərimizi bizi müşayiət edən həmkarlarımıza verdik.

“Maydan”da müsahibələr aldıq. Həm Vidadi İsrafilovdan, həm də Ənvər Dergaçdan hadisələrin təfərrüatı haqda münasibətlər öyrəndik. Aydın oldu ki, Ukrayna xalqı “Maydan”dan gözləntilərini əldə edə bilməyib və belə gedərsə, yenidən “Maydan”a qayıdacaqlar. İnsanların da narazılığını müşahidə edirdik.

Kiyev hər qarışı ilə tarix doludur. Zamanımızın azlığı ətraflı işləməyə əngəl olsa da, bacardığımızı etdik. Foto-video çəkilişlər etdik. Gördüyümüz hər anı yaddaşa köçürmək istədik. Etdik də. Əlimizdən gələn nədirsə o…

Beləcə, bu tarixi məkandan içimizdə böyük fırtınalarla ayrıldıq. Geriyə qalan Ukraynada Şəhidlər Xiyabanı olmalı olduğu fikrini dostlarımıza aşılamaq, bu təklifi Ukrayna mətbuatında qaldırmaq müzakirələrimiz oldu. Bir də onu bildik ki, “Maydan” hələ bitməyib və belə gedərsə, bu “Maydan” bir də yığılacaq və hazırkı hakimiyyəti gəldikləri yerə göndərəcək. Bizə maraqlı bir söz də dedilər: ““Maydan” bu gün də yığılar, amma ortada lider yoxdur, hamını zərərsizləşdiriblər.” Amma bir şey var ki, Ukrayna xalqının yenə heç olmasa bir and yeri qalmaqdadır və “Maydan” hazırkı hakimiyyətin və bundan sonrakı hakimiyyətlərin başlarının üzərində Domokl qılıncı kimi asılıb, ictimai rəy fəaliyyəti göstərəcək.

SAM_0334

Tələsirdik. Qarşıda bizi Diaspora üzvləri ilə müsahibə gözləyirdi. Qədim Rusun – ilk Rus paytaxtının küçələrində isə tıxac olmasa da, qəribə bir sıxlıq vardı. Hətta bir ara mənə elə gəldi ki, gecikə bilərik.

“Maydan”dan ayrılandakı hissləri unutmaq olmaz. Nədirsə, öz meydanımızla bir oxşarlıq qurur və hər zaman düşündüyüm şey haqqında indi də düşünürdüm: Meydan və Maydan. Qohumuqmu, yoxsa mübarizə anlayışımızmı qohumdur?

3 saat vaxtımız qalırdı…

SAM_0391

Əvəz Zeynallı

 

 

5 may 2016-cı il, Kiyev, Maydan

 

SAM_0404 SAM_0397 SAM_0388 SAM_0387 SAM_0385 SAM_0381 SAM_0380 SAM_0375   SAM_0366       SAM_0355 SAM_0353 SAM_0352 SAM_0350 SAM_0349 SAM_0346 SAM_0343 SAM_0330 SAM_0329 SAM_0326 SAM_0324 SAM_0322

 

Strateq.az