XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 17:43

ABŞ, Qətər və ŞƏT-lə sazişlər təsdiqləndi –Prezident imzaladı

ilham-eliyev-teze

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə qanun imzalayıb.

Xatırladaq ki, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanıb.

***

Dövlət başçısının imzaladığı digər sənəd "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun olub.

Sözügedən saziş 2016-cı il martın 8-də Bakı şəhərində imzalanıb.

****

Prezident bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da təsdiq edib. 

Bununla da Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış Saziş rəsmiyyətə minib.