XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 17:40

Binəli Yıldırım İlham Əliyevi Türkiyəyə dəvət etdi –Mətbuat konfransından VİDEO

ilham-bineli

Prezident İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə ortaq mətbuat konfransı keçirib. Prezident Əliyev öz çıxışında Almaniya bundestaqının son qərarı ilə bağlı Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə edib.

O, deyib ki, Almaniya bir zamanlar Azərbaycana münasibətdə olduğu kimi, bu dəfə də Türkiyəyə münasibətdə səhvə və haqsızlığa yol verib. 

Prezident Əliyev Türkiyə-Azərvaycan qardaşlığından, ortaq maraq və layihələrdən də danışıb. 

İlham Əliyev deyib ki,  “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır”. 

Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb. Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib: “Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. "Status-kvo" dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”. 

Binəli Yıldırım isə Azərbaycanın inkişafı barədə danışıb: “Bu inkişaf həmləsi Bakı ilə məhdudlaşmır. Biz haraya gedirsək yenidənqurma fəaliyyətini görürük.

Azərbaycan torpaqlarının 20 faizi nə zaman geri qaytarılsa, , həmin torpaqlarının azad edilməsi nə zaman təmin olunsa bu məsələ həll edilmiş sayılacaq. Beynəlxalq birlik  bu mövzunu daha ciddi müzakirə etməli və ikili standartlardan vaz keçməlidir. Dünən Almaniya parlamenti tarixi bir yalana imza atdı. Bu bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim fikrimizcə tarix tarixçilərin öhdəsinə buraxılmalıdır. Almaniya parlamentinin belə bir qərar alması təəssüf doğurur. Bu türk-alman münasibətlərinə zərbədir. Almaniyanın bu yanlışdan vaz keçəcəyinə ümid edirik. Bu təqdirdə türk-alman münasibətlərinə cüzi dərəcədə zərər dəyərək  həll oluna bilər. Bizim (orada) 3,5 milyona qədər qardaşlarımız var. Bu qərar onlarda da məyusluq yaradıb. Alman siyasətçiləri daha sağlam dəyərləndirmə ilə tədbirlər almalıdırlar.

Azərbaycan torpaqlarında yaşanan vəhşiliklərin görməzliyə vurulması səmimiyyətsizlikdir.  Bu ölkələr Xocalı qətliamını niyə gündəmlərinə almırlar? Bu da bir soyqırımdır. Keçmişdəki dəftərləri qarışdırdığımız zaman ən çox hesabı çıxanların başında elə Qərb ölkələri gəlir. 

Beynəlxalq birliyin regional, qlobal hadisələrdə ikili standartları tərk etməli, dünyanın müxtəlif yerlərində yaşanan insanlıq dramlarına biganə qalmamalı olduğunu düşünürük.

Türkiyə və Azərbaycan arasında çox mühüm layihələr var. Biz bu layihələri dəyərləndirdik. Enerji və nəqliyyat layihələri Orta Asiyanın, Uzaq Şərqin gələcəyini ilə bağlı layihələrdir. Hazırda bu layihələri həyata keçirməkdəyik. Yeni təbii qaz sahələrinin işə salınması ilə qaz ehtiyacı da təmin edilmiş olacaq.

Sizi Avropa və Asiyanı birləşdirəcək Yavuz Sultan Səlim körpüsünün 26 avqustdakı açılışına dəvət edirəm”.