XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 03:08

NATO-dan Rusiyaya “Anakonda” vahiməsi –31 min hərbçi Polşada təlimlərə başlayır

 anakonda-1

Bu gün Polşada NATO-nun “Anakonda” adlı təlimləri başlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Polşa tarixində ən irimiqyaslı təlimlərdə 24 ölkədən 31 min hərbçi iştirak edəcək.

Onlardan 12 mini Polşa, 10 min ABŞ, 1000-ə yaxın isə Böyük Britaniya hərbçiləridir.

Təlimlərə 3 min ədəd hərbi texnika,  o cümlədən tanklar, zirehli texnika, yüzdən çox təyyarə və helikopter, 12 hərbi gəmi cəlb olunacaq. Qeyd olunur ki, təlimlər Polşanın bütün hərbi poliqonlarını əhatə edəcək.

Strateq.az bildirir ki, dünən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviş  NATO-nun Şərgi Avropada keçmiş sovet bazalarından istifadə etməklə Rusiyaya qarşı “qlobal zərbəyə” hazırlaşdığı haqda bəyanatla çıxış etmişdi. O bildirmişdi ki, NATO-nun bu konsepsiya çərçivəsində yetərincə ciddi planları var və Rusiya da sərhədləri yaxınlığında NATO-nun fəallığını nəzərə alaraq qoşunlarını hərəkətə gətirmək niyyətindədir.