XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 16:44

Sevil Əliyeva oğluna vəzifə verilməsini təsdiqlədi:"İndi babasının evində yaşayır"

sevil-eliyeva-yeni

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, S.Əliyeva virtualaz.org-a danışaraq xəbəri təsdiqləyib.

“Azər Əliyev Azərbaycana köçmək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, – Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki, 30 yaşlı Azər Əliyev babası, mərhum prezident Heydər Əliyevin evində yaşayır.