XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 18:23

Səudiyyə Ərəbistanı da post-neft dövrünə hazırlaşır:Qiymətlər yenidən ucuzlaşa bilər

 

Suudi Arabistan'da petrol üretimi rekor kırdı

 

Qlobal neft böhranının ən ciddi zərbə vurduğu ölkələrdən olan Səudiyyə Ərəbistanı da iqtisadi islahatlara getmək məcburiyyətində qalıb.

Strateq.az xəbər verir ki, rəsmi Riyad 2030-cu ilə qədər ölkənin iqtisadi islahat proqramını açıqlayıb.

Proqram iki hissədən ibarətdir. İlk hissə cari məqsədlər bölümünü əhatə edir və 2020-ci ilə qədər atılası addımları nəzərdə tutur.

Səudiyyə Ərəbistanı cari iqtisadi islahat proqramı çərçivəsində gündəlik neft istehsalatı həcmini 2020-ci ilə qədər 12.5 milyon barrel səviyyəsində tutmağı planlaşdırır. Qeyri-neft sahəsində isə ixrac səviyyəsini 2020-ci ilə qədər 185 milyard rialdan 330 milyard riala (88 milyard dollara) çatdırmaq hədəflənir.

Plana görə, hökumət həmçinin büdcədən maliyyələşən işçilərin maaşlarını da azaltmaq fikrindədir. Maaşların büdcədəki nisbəti 2020-ci ilə qədər 45%-dən 40%-ə qədər endiriləcək.

Ən ciddi ixtisar isə əhalinin su və elektirik güzəştlərində özünü göstərəcək. Bu güzəştlərin 200 milyard riyal (53.3 milyard dollar) azaldılması gözlənilir.

Səudiyyə Ərəbistanının bu gün açıqladığı bu proqramın nə dərəcədə həyata keçirib-keçirməyəcəyi bəlli deyil. Bəlli olan yeganə məsələ budur ki, OPEK-in bir çox üzvləri və Rusiyanın neftin qiymətlərini yüksəltmək üçün təklif etdiyi hasilatı azaltmaq fikri ən azı 2020-ci ilə qədər həyata keçməyəcək. Çünki bu təklifin baş tutmamasının başlıca səbəbi rəsmi Riyad idi. Səudiyyə krallığı bunun üçün İranın da hasilatı azaltmasını şərt qoşur, uzun illər davam edən iqtisadi sanksiyalardan aldığı yaraları sarımaq istəyən Tehran isə nəinki hasilatı azaltmayacağını, əksinə onu gündəlik 2.5 milyon barreldən 4 milyon barrelə çıxaracağını bəyan edirdi.

Maraqlıdır ki, Səudiyyə Ərəbistanı da bugünkü proqramıyla faktiki ondan gözlənilənin əksinə olaraq, hasilatı artırmaq yolunu tutacağını ortaya qoyub. Bu ölkə hazırda gündə 10.3 milyon barrel neft çıxarır. Proqramda isə hasilatın 12.5 milyon barrelə çıxarılması və 4 il müddətində bu səviyyənin sabit saxlanılması nəzərdə tutulur. Hardasa, 20%-dən çox olan bu artım qlobal neft bazarında rəqabəti sürətləndirəcəyindən, qiymətlərə də mənfi təsir göstərə bilər.

Heydər Oğuz

Strateq.az