XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 11:05

“Demək ki, Moskvanın bizə inamı yoxdur” –Rusiyanın Azərbaycan məhsullarını sərhəddə saxlamasına reaksiya

elxan-sahinoglu-esas

Rusiyanın hakimiyyət mənsubları bir ağızdan deyirlər ki, Azərbaycanla ticarət həcminin artırılmasında maraqlıdırlar.

Bu yaxınlarda Bakıya səfər edən Dağıstanın rəhbəri Ramazan Abdulatipov da eyni sözləri dedi. Ancaq əvəzində biz nə görürük?

Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ilə sərhəddə, elə həmin Dağıstanda saxlanılır. Beləliklə, tez xarab olan mallar günlərdə saxlanılır və ciddi səbəb göstərilmədən geri qaytarılır.

Strateq.az xəbər verir ki, yaranmış problemlə bağlı  politoloq Elxan Şahinoğlu maraqlı məsələlərə toxunub:

"Qeyd olunan probelmdə ən maraqlı detallardan biri də odur ki, Azərbaycanın kənd təssərrüfatı mallarını ekspertizadan Dağıstanda yox, Moskvada keçirirlər. Yəni azərbaycanlı fermerlər həftələrlə oturub, ekspertizadan cavab gözləməlidirlər. Məhz belə uzatmalar səbəbindən tonlarla pomidor sərhəddə zay olur".

Ekspert deyir ki, rus gömrükçülərinin bir başqa ittihamı ondan ibarətdir ki, guya həmin pomidorlar Türkiyənindir, qardaş ölkə Azərbaycan üzərindən Rusiyaya mal daşımaq istəyir:

"Rusiyanın isə Türkiyə mallarına qarşı sanksiya qərarı var. İndi biz Rusiya gömrükçülərinə necə sübut edək ki, pomidorlar Azərbaycanda yetişdirilib?

Məgər bilmirlər ki, vaxtilə Moskva və Sankt-Peterbuq kimi nəhəng şəhərlərin pomidora olan ehtiyacını tək elə Lənkəran rayonu ödəyə bilərdi? Demək ki, Moskvanın bizə inamı yoxdur. Çətin olsa da, alternativ bazarlar axtarmalıyıq".