XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 06:12

Sanksiyalar Avropa İttifaqına 100 milyard ziyan vuracaq

Neftin ucuzlaşması fonunda Avropa İttifaqı (Aİ) ilə Rusiyanın qarşılıqlı tətbiq etdiyi sanksiyalar köhnə qitə iqtisadiyyatının 100 milyard avro itirməsinə səbəb olacaq.

“APA-Economics”in “Die Welt”ə istinadən verdiyi məlumata görə, bu barədə Avstriya iqtisadi araşdırmalar institutunun (Wifo) analitiklərinin hazırladığı hesabatda deyilir.

Hesabat müəllifləri qeyd edir ki, bu itki yalnız Avropa ixracatının yeni mənbələrə yönəldilməsi nəticəsində kompensasiya oluna bilər. Lakin hələlik bu, ancaq kənd təsərrüfatı sahəsində əldə edilib.

Ekspertlərin hesablamalarına görə, sanksiyalar Almaniya iqtisadi artım tempinin 1% zəifləməsinə səbəb olacaq. Digər ölkələr isə daha çox ziyan çəkəcək.