XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 04:07

Üç ölkənin müdafiə nazirlərinin görüşündən mesaj:"İstəyirik, ağıllı olsunlar"

mudafie-nazirleri

İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. 

Strateq.az APA-ya istinadən xəbər verir ki, Tehranda keçirilən görüşdə terrorçuluqla mübarizə yolları müzakirə olunub.

Görüşün sonunda İranın müdafiə naziri Hüseyn Dehqan deyib ki,  İran Suriyada terrorçuların nəfəs dərməsi üçün atəşkəs deyil, zəmanətli həqiqi atəşkəsin olmasının tərəfdarıdır: “İran  Suriya, İraq və Yəməndəki böhranların həlli yolunu  terrorçulara qarşı ciddi mübarizədə, terrorçuluğun tamamilə məhv olunmasını təmin edəcək terrorçuların maddi və siyasi dəstəyinin  qarşısını almaqda görür.  Bundan başqa, İran həmin ölkələrin xalqlarının istəyi ilə öz taleyini təyin etmək üçün dinc və sabit şəraitin yaradılmasının tərəfdarıdır”.

“Regionda sabitliyin təmin olunması üçün hərtərəfli atəşkəsin əldə olunması gərəkdir, humanitar yardımlar üçün imkan yaradılmalı, eyni zamanda,  terrorçuları təchiz olunmasının qarşısı alınmalıdır”, – deyə İranın müdafiə naziri qeyd edib.

H. Dehqan deyib ki,  Tehranda keçirilən  görüşdə  terrorçuluğa qarşı ciddi, tez və hərtərəfli addımların atılması üçün qərarlar qəbul olunub: “Suriya daxilindəki  qruplar və hərəkatlardan istəyirik ki, ağıllı olsunlar, Suriya xalqının istəyi əsasında bu ölkənin qanuni hökuməti ilə dinc danışıqlara başlasınlar. Birlikdə çalışmaqla sülh və sabitliyin təmini və terrorçuluq təhlükəsini məhv etmək istiqamətində iş görsünlər”.

O, İran, Rusiya və Suriyanın birgə əməkdaşlığı nəticəsində bölgə üçün təhlükə yaradan planların pozulması üçün strateji  qərarlar qəbul olunacağına və bölgə xalqları üçün sabitlik yaranacağına ümidvar olduğunu bildirib.