Binəqədi rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Strateq.az-ın məlumatına görə, İcra Hakimiyyətinin məhkəməyə verilməsinə səbəb “Binəqədi Oyl Kompani” şirkətinin balansında olan ərazidə Abdullayev Feyzulla Qədrulla oğlunun adına verilən torpaq sənədləridir:
«Neft şirkəti İcra Hakimiyyətini məhkəməyə verərək, həmin sənədlərin ləğv edilməsini tələb edir. Artıq işə birinci instansiya məhkəməsində baxılıb. Lakin mübahisəyə son qoyulmayıb. Hazırda şirkətin icra hakimiyyətinə qarşı şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılır».
Strateq.az-ın xəbərinə görə, İcra Hakimiyyəti ilə “Binəqədi Oyl Kompani” şirkəti arasındakı məhkəmə çəkişməsinə hakim Elmira Nağıyevanın sədrlik etdiyi məhkəmə heyəti baxır.
Məhkəmə və onun nəticəsi haqda əlavə məlumatlarımız olacaq.
Onu da qeyd edək ki, sözügedən rayonun icra başçısı vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı Xaləddin İsgəndərovdur.
Strateq.az