"Xalq din adamlarının iqtidar imkanlarından ədalətli şəkildə istifadə etmələrini gözləyir."
Strateq.az xəbər verir ki, faktiki olaraq molla rejimini ədalətsizlikdə suçlayan bu ifadələr İran prezidenti Həsən Ruhaniyə aiddir.
İranda yayınlanan "Entekhab.ir" xəbər saytına görə, paytaxt Tehranda din adamları və imam-cümələrə verdiyi iftar yeməyində çıxış edən Ruhani fikirlərini belə davam etdirib:
"Dövlətlə din adamlarını eyniləşdirən xalqın bu gözləntisi normaldır. Bu gün din adamları xalqın istəklərini dilə gətirməli, cəmiyyətin və xüsusilə gənclərin mədəni ehtiyaclarına cavab verməlidir”.