XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 16:42

Türkiyə- Xorvatiya oyunu öncəsi gərginlik:Polis toqquşma olacağı siqnalı alıb!

turk-horvat

“Avro 2016” çərçivəsində bu gün baş tutacaq Türkiyə- Xorvatiya oyunu öncəsi həyəcan siqnalı verilib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb ötən gün Rusiya və İngiltərə milli komandalarının azarkeşləri arasında düşən davanın bu oyunda da təkrarlana biləcəyi barədə polisə daxil olan məlumatdır.

Bildirilir ki, Fransa polisi iki komanda azarkeşlərinin oyun öncəsi və sonrası toqquşa biləcəyindən ehtiyatlanır. Ölkənin yerli televiziyaları və bu gün nəşr edilən qəzetləri keçiriləcək matç üçün hüquq-mühafizə orqanlarına xəbərdarlıq ediblər.

Ölkənin güc strukturlarının Türkiyə-Xorvatiya oyununu 4 dərəcəli risk qrupu üzərindən 3-cü dərəcəyə aid ediblər və 2014-cü ildə xorvat azarkeşlərin İtaliya ilə oyun zamanı törətdikləri neqativ hallara diqqət çəkiblər. Buna görə də, təhlükəzlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Digər tərəfdən “Avro-2016”da Xorvatiyanın rəsmi mahnısı seçilən “Lijepa Li Si” ("Nə qədər gözəlsən") mahnısı ilə bağlı bir sıra problemlər ortaya çıxıb. Fransanın bəzi təşkilatları bu marşın qadağan edilməsini istəyib.

Mahnının şovinizm, hücum və şiddət mövzusunda olduğunu irəli sürən bəzi fransız təşkilatları bunun üçün UEFA, Fransa İdman Nazirliyi və Xorvatiya Futbol federasiyasına müraciət ediblər. 

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.