Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 7 ayda ilk dəfə həmkarı Vladimir Putinə məktub göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın dövlət bayramı – Rusiya Günü münasibətilə Vladimir Putini və rus xalqını təbrik edib. Bu, 2015-ci ilin 24 noyabrından – məlum təyyarə insidentindən bu yana prezident səviyyəsində ilk rəsmi təmasdır.
Ərdoğan təbrik məktubunda Putinin timsalında rus xalqını təbrik edib, qarşıdakı dövrdə Türkiyə-Rusiya münasibətlərinin layiq olduğu səviyyəyə gələcəyinə ümid və arzu etdiyini bildirib.
Baş nazir Binəli Yıldırım isə Rusiya hökumətinin başçısı Dmitri Medvedevi təbrik edib: "Xalqlarımızın ortaq maraqları naminə iki ölkə arasındakı münasibətlərin tezliklə lazımi səviyyəyə çatmasını ümid edir, rus xalqına rifah diləyirəm".