XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 03:38

Türk nazir təsdiqlədi –Ərdoğanın Putinə məktubu barış niyyətidir

erd-put-90

 

"Bu məktub prezidentimizin bu zamana qədər yürütdüyü siyasətin davamı kimi dəyərləndirilməlidir".

Strateq.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çəlik Ərdoğanın Putinə göndərdiyi təbrik məktub ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Türk-rus xalqları arasında çox yaxın bağlar var. İki ölkə arasında düşmən münasibətin olmasını istəmirik. Bu əlaqələr dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib amillərdəndir. Cənab Putin və Medvedyevə göndərilən məktublar bu niyyətimizin ən yüksək göstəricisi sayıla bilər”, – Çəlik bildirib.

Qeyd edək ki, Rusiya Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinə, Baş nazir Binəli Yıldırım isə Dmitri Medvedyevə təbrik məktubu ünvanlayıblar.