XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 17:07

İran səfiri millət vəkillərinə cavab verdi:"Ermənistan nazirinin səfəri heç bir ölkənin əleyhinə deyil"

Iran-sefiri-16

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Milli Məclisin  deputatları tərəfindən çərşənbə axşamı səslənmiş çıxışlardan təəssüflənərək deyib ki, "bu cür açıqlamalar dost və qardaş olan iki ölkə arasında əlaqələrin inkişafına heç bir yardım etmir".

Səfirlikdən “Strateq.az”a bildiriblər ki, səfir Tehran və Bakı arasında mövcud olan bugünkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkərək Ermənistanın  Xarici İşlər Nazirinin Tehrana səfərini  İranın qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçdiyini və bunun  səfər heç bir ölkənin əleyhinə olmadığını açıqlayıb.

Möhsün Pakayin bəzi media qurumlarının prezident Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində ehtimallara söykəndiyini  vurğulayıb: “İran prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı İİR Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir”.

Səfir iki ölkə arasında münasibətlərin inkişaf  etməsinin ölkə rəhbərlərinin siyasi iradəsinə söykəndiyini  diqqətə çatdırıb.  Qeyd edib ki, son 3 ildə İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi  iki dövlət başçılarının ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və imzalanmış sənədlər İranın qonşu dövlətlərlə münasibətlərində bənzərsiz haldır.

Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan münasibətlərin bu tərzdə müsbətə doğru inkişafının səbəbini prezident Ruhaninin qonşu ölkələrlə əlaqələrin inkişafı və xarici siyasətdə ədalət prinsipinə xüsusi təkid göstərməsi nəticəsində baş verdiyini vurğulayıb.

Səfrin sözlərində görə,  bu siyasətin icrasında iki tərəf iqtisad, ticarət, tranzit, əkinçilik, sənaye, turizm və enerji sahələrində yaxşı uğurlar əldə edib. İki ölkənin “Şimal-Cənub” nəqliyyat dəhlizinin təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılıq bu uğurun simvolu sayılır. İki ölkə arasında qarşılıqlı olaraq viza rejiminin aradan qaldırılması da turizm sahəsinin genişlənməsi və iqtisadi mübadilələrin həcminin artması üçün qarşılıqlı mənafeyə xidmət göstərəcək və hər iki ölkə bu əməkdaşlıqların faydalarından bəhrələnə biləcəklər.

Diplomat əlavə edib ki, gələcəkdə İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün şahidi olacağıq.

Xatırladaq ki, çərşənbə axşamı Milli Məclisinin üç deputatı çıxışında  Ermənistan Xarici İşlər Nazirinin Tehrana səfərini tənqid ediblər.  

 L.SƏMLA

Strateq.az