XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 17:00

Erməni mətbuatı Sankt-Peterburq görüşü haqda:"Vyana razılaşmalarından imtina olunur"

PSA

Aykazn Qagriyan

Lragir.am, 16.06.2016

 

ATƏT-in mətbuatla əlaqə üzrə şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç bildirib ki, “ATƏT Dağlıq Qarabağ üzrə Sankt-Peterburqdakı sammitin təşkilinə cəlb edilməyib və biz bunu şərh edə bilmərik. Bildiyimiz qədər, görüş RF-nın təşəbbüsü ilə çağırılır. Bu qayda ilə öz suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız”.

Sankt-Peterburqda Sərkisyan-Əliyev-Putin görüşü Vyanada may görüşündə əldə edilmiş razılaşmaları, faktiki olaraq, qüvvədən salır. Bunların ən başlıcası münaqişə zonasında təhqiqat mexanizmlərinin yerləşdirilməsi və ATƏT mandatının genişləndirilməsinə razılıqdır. Yeri gəlmişkən, ATƏT Minsk qrupunun həmsədrləri iyunun 3-də danışıqların davam edəcəyinə ümidvar olduqlarını bildirən  bəyanat yaydılar: “Həmsədrlər ATƏT-in fəaliyyətdə olan şəxsi təmsilçisinin səlahiyyətlərinin genişləndirilməsi və təhqiqat mexanizminin tətbiqinə dair sənədləri xarici işlər nazirlərinə təhvil verdilər”.

Bu məsələ üzrə razılıq haqda danışılsa da, Azərbaycan ondan dərhal imtina etdi. Bakı iddia edir ki, bu məsələni ancaq Ermənistan qoşunları çıxarılandan sonra müzakirə edə bilər. Həm də Bakı Rusiyanın köməyi ilə imtina etdi. Əliyev Berlində buna eyham vurdu, bunun ardınca ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun müsahibəsi gəldi və o, faktiki olaraq Qaarabağ tərəfinin danışıqlarda iştirakını istisna edir. Bu onun əlamətidir ki, Ermənistan tərəfinin bəyanatlarına baxmayaraq, “danışıq prosesi”ndə heç nə dəyişməyəcək.

Və budur, ATƏT bildirir ki, Sankt-Peterburq sammitinin hazırlığına heç bir dəxli yoxdur. Bu o deməkdirmi ki, Sankt-Peterburqda qəbul edilmiş qərarlar artıq 20 il danışqılar aparılan ATƏT meydançasında legitim kimi qəbul edilməyəcək? Yaxud Rusiya “separat” təşəbbüslər göstərərək, nəhayət, Azərbacanın can atdığı Minsk qrupu həmsədrliyini buraxmağa nail olmaq istəyir?

Minsk qrupu status-kvonun saxlanması formatıdır, təhqiqat mexanizminin tətbiqi isə status-kvonun qismən etirafını bildirir.

Demək artıqdır ki, bu, Rusiya və Azərbaycana sərf etmir, çünki onların Qarabağ problemi üzrə siyasətinə son qoya bilər. Ermənistan tərəfinə gəlincə, burada siyasətdən danışmaq çətindir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bu gün bildirib ki, istənilən, hətta qeyri-məhsuldar danışıqlar sülh nizamlanmasına ümidləri artırır. Onun sözlərinə görə, Vyanada əldə edilmiş razılaşmalar gerçəkləşdirilmir, çünki Azərbaycan tərəfi destruktiv möqve tutur.

Yekun vurmaq olar ki, Ermənistan irəli sürülmüş şərtlərdən, xüsusən də təhqiqat mexanizminin yerləşdirilməsindən imtina edib. Yəni Ermənistanın Qərbdən dəstək aldığı Vyana razılaşmalarından. İndi Şarmazanovun sözlərinə görə fikir yürüdülsə, Ermənistan tərəfi Əliyevin şərtlərinə tabe olur. Bu fonda ATƏT-in bəyanatı bildirir ki, əgər Sankt-Peterburqda hansısa razılaşmalar əldə ediləcəyi halda qurum yaxasını kənara çəkir.

Digər tərəfdən nəzərə alınsa ki, ruslar dünyada bütün “qara işləri” həll etməkdə öz üzərlərinə öhdəlik götürüblər, istisna deyil ki, indiki mərhələdə Rusiyanın himayəsi altında necəsə bir akt həyata keçiriləcək, bundan sonra ATƏT yenidən oyuna qayıdacaq.

Xüsusən də ona görə ki, onlar son zamanlar “mərhələli variant”ı tez-tez yada salırlar. Təcrübə isə göstərir ki, Rusiyanın “inhisarçı” müdaxiləsi bu və ya digər miqyasda hərbi toqquşmalara səbəb olur.

RF müdafiə naziri Şoyqu bu gün azərbaycanlı həmkarı ilə görüşdə bildirib ki, Azərbaycanla strateji əməkdaşlıq “nəyin bahasına olur-olsun” davam etdiriləcək.

Azərbaycan müdafiə naziri Moskvaya getməzdən öncə toplantı çağırdı və qoşunların döyüş hazırlığını yoxladı. Ermənistan bu raunda hazırdırmı?

 

Tərcümə Strateq.az-ındır.