XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 14:42

Tacikistan həbsxanasında qiyam:İŞİD üzü olan məhbuslar nəzarətçiləri öldürdü

Tacikistan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ötən gecə Tacikistanın Xocənd şəhərində dörd məhbus həbsxananın keşikçilərinin silahlarını əllərindən alaraq onları güllələyib və qaçmağa cəhd ediblər.

Digər keşikçilər köməyə çağırılıb. Atışmada məhbusların ikisi öldürülüb, ikisi yaralanıb, onlardan biri qaçmağa müvəffəq olub.

Məlumatda bildirilir ki, onlar İŞİD və “Sələfiyyə” dini-ekstremist təşkilatının üzvləri olublar və hər iki təşkilat Tacikistan ərazisində qadağan edilib.

Qaçan cinayətkarın tapılması üçün hüquq mühafizə orqanları iş aparır.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Mansurjon Umarov bildirib ki, məhbuslar Əfqanıstanda olan terrorçu qruplaşmalara qoşulmaq üçün həbsxanadan qaçmağa cəhd ediblər(azərtac).