XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 06:00

Bəşər Əsəd üçün gözlənilməz qonaq –Rusiyanın müdafiə naziri qəfildən Suriyaya getdi

shoyqu-esed

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyaya səfər edib.

Strateq.az ANS PRESS-ə istinadən bildirir ki, Şoyqu Suriyadakı Rusiya hərbi bazasının təftişi məqsədi ilə bu ölkəyə gəlib.

Şoyqu paytaxt Dəməşqdə prezident Bəşər Əsədlə görüşüb. Görüşdə tərəflər İŞİD-ə qarşı mübarizə tədbirləri ilə bağlı müzakirələr aparıblar. Hər iki tərəf İŞİD-ə qarşı mübarizədə əməkdaşlığa diqqət yetiriblər.

Şoyqunun Suriyaya səfəri Bəşər Əsəd üçün gözlənilməz olub. Suriya prezidenti görüş zamanı onun özünün Suriyaya gələcəyini gözləmədiyini deyib.

Ekspertlər Şoyqunun Suriyaya səfərini Moskvanın Suriyadakı rolu ilə bağlı xatırlatma kimi şərh ediblər.

Suriyada bir neçə müxalifət nümayəndəsi kabinetə qoşula biləcəyi barədə bəyanat səsləndirmişdi. Bu isə sülh prosesinin davam etdirilməsinə öz töfhəsini verə bilər.

Sergey Şoyqu daha sonra Latakiya şəhərindəki Rusiya hərbi bazasında yoxlama aparıb.

shoyqu-2

shoyqu-3