XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 05:35

Britaniya referundumunda səslər sayılır:"Çıxaq, yoxsa qalaq?"

referendum

Britaniyada Avropa İttifaqında qalıb-qalmamaq sualına cavab verməli olan referendumda səslərin sayılmasına başlanıb

Azadliq Radiosunun məlumatına görə, indiyədək Cəbəllütariq, Nyukasl və Sanderlenddəki nəticələr bəlli olub.

Hazırda Aİ-ni tərk etmək üçün verilən səslər azacıq çoxdur. Nisbət 51-49 faizdir.

Britaniya telekanalları referendum nəticələri ilə yanaşı, funt sterlinqin məzənnəsi barədə məlumatı da yayınlayır.

Funt sterlinq səsvermənin əvvəllində dollara nisbətdə kəskin qalxmışdı, hazırda bir qədər düşüb.

***

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görəsə, 328 dairədən səkkiz dairə üzrə referendumun nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının (Brexit) tərəfdarları 53,1 faiz səslə irəlidədirlər.  Aİ ilə vahidlik tərəfdarları səslərin 46,9 faizini toplaya biliblər.     

Qeyd edək ki, ilkin məlumata əsasən, Suindon və Sanderlend şəhərlərinin sakinləri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Cəbəllütariq, Nyukasl, Orkney adaları və Silli adaları Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs veriblər.

 

Səslərin hesablanması prosesi davam edir. Aparılmış sorğular Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarlarının çoxluq təşkil etdiyini göstərib.