XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2015 - 06:00

Xorvatiya və Azərbaycan hərbi əməkdaşlığı müzakirə edib

Zakir Həsənov: “Güney Qafqazda sabitliyə əsas təhlükə Ermənistandır”

Картинки по запросу zakir həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənov və Xorvatiya xarici işlər nazirinin müavini Yoşko Klisoviç Zaqrebdə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.

Strateq.az “İnterfaks-Azərbaycan”a isnadən bildiri ki, Zakir Həsənov görüşdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsi və Azərbaycanın ərazi bütövlüyü əsasında nizamlanmasının vacibliyini nəzərə çarpdıraraq qeyd edib ki, Güney Qafqazda sabitliyə əsas təhlükə Ermənistandır.

Zakir Həsənov həmçinin Xorvatiya iqtisadiyyat palatasının sədri Lüka Buriloviçlə Bakı-Zaqreb qarşılıqlı münasibətlərinin genişləndirilməsini müzakirə edib. Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdən keçiriblər.