XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 02:57

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür! –Xüsusi təyinatlılarımızın təlimindən video

ordu-1

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. (APA)

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

 

Strateq.az-ın kollektivi Azərbaycan Silahlı Qüvvələrini bu gün münasibəti ilə təbrik edir, Vətənimizin işğaldan azad edilməsi, terrorçu-separatçılardan təmizlənməsi, ölkənin bütövlüyünün və təhlükəsizliyinin təmin olunması işində onlara uğurlar arzulayır!

 

https://www.youtube.com/watch?v=ADqAkWFwDwE