Prezident İlham Əliyev hərbçilərlə bir arada! – FOTOLAR
Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.
Strateq.az bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verdikdən sonra Dəniz Qüvvələri bazasının baş planına baxış olub.
Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanışlığını əks etdirən fotolarla baxa bilərsiniz: