XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 09:34

Jirinovski də Türk sevdalısı oldu:“Gəlin, Türkiyəyə tətilə gedək”

jirinovski-88

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna münasibətini bildirib.

Strateq.az-ın bildirdiyinə görə, zaman-zaman Kremlin qeyri-adi sözçüsü kimi çıxış edən Jirinovski məktubu yüksək qiymətləndirərək deyib: "Türkiyə qonşumuzdur, gəlin, onu bağışlayaq və ora tətilə gedək".

Rusiyanın kurort bölgələrinin ruslara yetmədiyini deyən Jirinovskiyə görə, iki ölkə turizm sahəsində əməkdaşlığı təkrar başlada bilər:

Rusiyanın Krasnodar, Krım və Kuban tətil bölgələri bizim üçün yetərli deyil. Türkiyəyə də tətilə gedək. Türklərin bizi sevməsi və hörmət göstərməsi bizim üçün də faydalıdır”.

Jirinovski Türkiyənin də Avropa və ABŞ-ı sevmədiyini bildirib və bu ortaq mövqenin hər iki tərəfi eyni hədəfdə birləşdirə biləcəyini irəli sürüb: "Qonşumuz Avropa və Amerikanı sevmir. Əgər Türkiyə, İran, Suriya və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvlərini,  ümumiyyətlə, cənubumuzdakı ölkələri yanımıza cəlb edə bilsək, bəşəriyyət və dünya üçün problem də qalmaz ".

Xatırladaq ki, Jirinovski bir müddət əvvəl Türkiyənin Moskva səfiri Ümid Yardım ilə görüşmüş və iki ölkə arasındakı əlaqələri düzəltməyi bacarsa bundan qürur duyacağını bildirmişdi. Təyyarə böhranı yeni başlayanda isə bu adam Türkiyəni atom bombasıyla təhdid edirdi.