XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 02:21

Ərdoğandan İstanbul terroru ilə bağlıilk açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında törədilən terrorla bağlı açıqlama verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan  günahsız mülki vətəndaşları hədəf alan bu hücumun terror təşkilatlarının qaranlıq üzünü bir daha ortaya qoyduğunu bildirib: «İstanbulda baş verən terroru şiddətlə qınayır, həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Millətimizin başı sağ olsun! Mübarək Ramazan ayında törədilən bu hücum terrorun inanc da daxil olmaqla, heç bir dəyəri tanımadığını göstərir. Günahsız insanların qanı və acıları üzərində qurulan bu hücumun məqsədi dünyada ölkəmiz əleyhinə təbliğatın aparılmasıdır". 

Ərdoğan Qərb ölkələrini baş verənlərlə bağlı qətiyyətli mövqe ve davranış sərgiləməyə çağırıb: "Bu, təkcə 79 milyonluq Türkiyəyə yox, 7,5 milyardlıq dünyaya olan hücumdur. Əmin olun ki, terrorçular üçün İstanbulla Londonun, Ankara ilə Berlinin, İzmirlə Çikaqonun, Antaliya ilə Romanın bir fərqi yoxdur".