XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 10:58

Daxili İşlər Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət etdi –FOTOLAR

ramil-usubov

Daxili İşlər Nazirliyinin rəhbərliyi 2 iyul – polis əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Ziyarətdə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar iştirak ediblər.

DİN rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanında "Əbədi Məşəl" abidəsi ziyarət edilib(Report).