XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 13:53

Ermənistanda polislə sürcülər arasında gərginlik

Ermənistan polisi Yerevanda etiraz aksiyalarının iştirakçılarına dəstək vermək üçün siqnal verən sürücülərin avtomobillərini “cərimə meydançası”na aparıb.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata əsasən, belə avtomobillərin sayı 80-90-dır.

Etirazçılardan biri bildirib ki, polisin bu addımı atmağa haqqı yoxdur: “Polisdən avtomobilləri qaytarmağı tələb edirik”.

Bundan əlavə Ermənistan polisi Yerevandakı etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib ki, onlar yalnız Baqramyan prospektini bağlaya bilərlər.

Bunu Ermənistan polisinin rəisi Vladimir Qasparyan deyib. Onun sözlərinə görə, əks təqdirdə polis onlara qarşı sərt tədbirlər görəcək.