XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2015 - 11:36

Yerevanda “elektroetiraz” aksiyası bu gün son qərarını açıqlayacaq

ermeni aksiya.jpg

Yerevanda enerji tariflərinin qaldırılmasına görə keçirilən etriaz aksiyasının təşəbbüs qrupu bu gün saat 18.00-da aksiyanın taleyi ilə bağlı son qərarını açıqlayacaqlar.

Strateq.az bildirir ki, təşəbbüskarlar Yerevan sakinlərini mitinqə çağırıblar.

Qeyd edək ki, prezident Sarksiyan dünən hökümətlə keçirdiyi iclasda beynəlxaq auditin rəyi açıqlanana qədər artırlmış enerji haqqının ödənişini dövlətin öz üzərinə götürdüyünü elan edib.

Təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan bildirib ki,onlar prezidentin aksiya işitrakçılarının tələbini yerinə yetirdiyini düşünmürlər. “Prezidentin veto qoymaq hüququ var. O, bundan istifadə edə bilər”- deyə o, bildirib. Şuşanyanın sözlərinə görə, prezidenin bu qərarı audtlə “izləri itirmək” niyyəti daşıyır.

“Bizim tələbimiz enerji qiymətlərində artımın ləğv edilməsidir. Bu tələb yerinə yetirlməyib”.