XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2015 - 15:43

Ermənistan polisindən xəbərdarlıq: “Gecə meydan dağıdılacaq”

ermeni aksiya02.jpg

Ermənistan polisi Baqramyan küçəsində etiraz aksiyası keçirən mitinqçilərə müraciət edərək, gecə saat 23.00-dan sonra ictimai qayda-qanunu bərpa etmək niyyətini açıqlayıb.

Strateq.az-ın “armtuday”a istinadən verdiyi xəbərə görə, şəhər polis idarəsinin rəis müavini Valeri Osipyan bildirib ki, əgər xalq ictimai qayda-qanunu bərpa etmək təklifini qəbul etməsə, o zaman bunu polis edəcək.

Onun sözlərinə görə, ətrafda yaşayan sakinlərdən şikayətlər gəlir və onlar polisi qayda-qanunu təmin edə bilməməkdə ittiham edir. “Polis etirazçıları Azadlıq meydanına ya da başqa bir yerə qayıtmağa çağırır. Əgər xalq bizim bu təklifi qəbul etməsə polis ictimai qayda-qanunu bərpa edəcək”, – deyə Osipyan bildirib.