XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2015 - 22:04

İrəvanda gərginlik davam edir – Meydana xüsusi təyinatlılar gətirilib

Ermənistanın paytaxtı İrəvanda, etirazçıların toplaşdığı Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis şəhərin mərkəzi küçələrini bağlayıb, Baqramyan prospektinə xüsusi təyinatlılar gətirilib. Aksiya iştirakçılarından bir qismi Azadlıq meydanına keçsə də, əksəriyyət Baqramyan prospektində qalmaqdadır. Ermənistanın ictimai xadimləri, deputatlar və şou-biznes nümayəndələri nümayişçilərlə polis arasında “canlı sədd”qurublar.

Xatırladaq ki, gündüz saatlarında Ermənistan polisi Baqramyan küçəsində etiraz aksiyası keçirən mitinqçilərə müraciət edərək, gecə saat 23.00-dan sonra ictimai qayda-qanunu bərpa etmək niyyətini açıqlamışdı.

Şəhər polis idarəsinin rəis müavini Valeri Osipyan bildirmişdi ki, əgər xalq ictimai qayda-qanunu bərpa etmək təklifini qəbul etməsə, o zaman bunu polis edəcək. Onun sözlərinə görə, ətrafda yaşayan sakinlərdən şikayətlər gəlib və onlar polisi qayda-qanunu təmin edə bilməməkdə ittiham ediblər. “Polis etirazçıları Azadlıq meydanına ya da başqa bir yerə qayıtmağa çağırır. Əgər xalq bizim bu təklifi qəbul etməsə, polis ictimai qayda-qanunu bərpa edəcək”, – deyə Osipyan bildirmişdi.