XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 16:39

Daxili İşlər naziri Ramil Usubov İsrail səfiriniqəbul edib

ramil-usubov-tek

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 5-də İsrailin Azərbaycandakı səfiri Don Stavı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Usubov iki xalq arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını bildirib. Nazir İsrailin aidiyyəti strukturları ilə işgüzar əlaqələrə malik olduqlarını nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının hökuməti ilə İsrail hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş"  layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu deyib.

Səfir isə öz növbəsində bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi Günü və Ramazan bayramı münasibətilə naziri təbrik edib. O, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün Azərbaycanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu vurğulayıb. D. Stav ölkədə diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları  arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.