XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 16:15

“Ukrayna, Gürcüstan və Moldovaya kənar təzyiqlərlə mübarizədə yardım edəcəyik” –NATO-dan Rusiyaya açıq mesaj

nato

""NATO-nun addımları onun beynəlxalq öhdəlikləri ilə üst-üstə düşür. NATO-nun mövqeyi kifiayət qədər aydındır: NATO qarşıdurma və yeni "soyuq müharibə" istəmir. "Soyuq müharibə" tarixdir və tarix olaraq qalmalıdır”.

Bu barədə NATO baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti çərçivəsində ekspertlər forumunda çıxışı zamanı deyib.

“Rusiya bizim ən böyük qonşumuz və Avropa təhlükəsizliyinin ayrılmaz hissədir. Dialoq çox vacibdir”, – deyə, o, söyləyib.

Baş katibin sözlərinə görə, Varşava sammiti həlledici bir zamana təsadüf edir: “Alyansın şərq cinahında – Estoniya, Latviya, Litva və Polşada rotasiya qaydası əsasında çoxmillətli batalyonların yerləşdirilməsi barədə qərar qəbul edəcəyik. Kanada, Almaniya, Birləşmiş Krallıq və ABŞ-a bu qüvvələrə rəhbərlik etməyə razılıq verdikləri üçün, Polşa və Baltikyanı ölkələrə isə bu qüvvələrə ev sahibliyi  edəcəkləri üçün təşəkkür edirəm. Bu sammitdə hibrid və kibertəhlükələrə qarşı qüvvələrimizi artırmaqla bağlı qərarlar qəbul edəcəyik. Biz Əfqanıstan qüvvələrinə təlim keçilməsi öhdəliyimizə sadiqik. Və sammitdə İŞİD əleyhinə koalisiyanın dəstəklənməsi üçün AWACS təyyarələrinin göndərilməsini təsdiqləyəcəyik”.

Y. Stoltenberq qeyd edib ki, NATO Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsində və islahatlar keçirməsində yardımını davam etdirəcək.

APA