XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 19:59

“Qarabağda vəziyyət yenidən gərginləşə bilər” –NATO baş katibinin xüsusi nümayəndəsi

qarabaq mus

"Dağlıq Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz və statius-kvo danışıqlar yolu ilə dəyişilməlidir".

Bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Azadlıq" radiosuna müsahibəsi zamanı bildirib.

"Şübhəsiz ki, biz NATO-nun vacib tərəfdaşları olan Ermənistan və Azərbaycan arasında baş verənləri izləyirik. Biz apreldəki 4 günlük müharibədən sonra daha aydın nəzərə çarpan bu münaqişədən narahatıq. Vəziyyət yenidən gərginləşə bilər və münaqişənin tənzimlənməsi üçün daha çox səy göstərilməsi vacibdir. Hazırda danışıqlar masasında bir çox ideya var. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri, onun ardınca ermənistanlı həmkarı NATO-da olub və onlar öz yanaşmalarını çox dəqiq şəklidə təqdim etdilər. Biz həqiqətən də inanırıq ki, status-kvo uzun müddət davam edə bilməz və danışıqlar yolu ilə dəyişilməlidir", – deyə, C. Appaturay qeyd edib.

APA