Türkiyə ordusu Qaziantep vilayətinin Suriyanın Carablu şəhəri ilə sərhəddə yerləşən Karkmış və Kilis yaşayış məntəqələrinə zirehli texnika yeridib.
Məlumata görə, Türkiyə ordusui diqqətlə İŞİD-in Carabludakı hərəkətini izləyirlər. Hazırda Suriyanın Hələb əyalətində İŞİD-lə müqavimət qüvvələri arasında döyüşlər davam edir.
Suriyadakı hadisələrin kəskin gərginləşməsindən sonra Türkiyə Silahlı Qüvvələrinə “Hazır ol!” əmri verilib. Ankara, həmçinin İŞİD-ə qarşı mübarizə koalisiyasına rəhbərlik edən ABŞ-a da önəmli mesajlar verib:
– Ankara Suriyada yaşananlardan narahatdır. Bu, nəzərə alınmalıdır.
– Türkiyə Suriya sərhədində hər hansı bir dəyişikliüyə icazə verməyəcək.
– ABŞ lazımi tədbirləri görməzsə, Türkiyə bildiyini edəcək.
Onu da xatırladaq ki, PKK dünən Türkiyəyə hədə dolu mesaj verib. Bildirilib ki, əgər Ankara Suriyaya qoşun yeridərsə, Türkiyəni hərbi əməliyyatlar meydanına çevirəcəklər(ANS).