XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyul 2016 - 22:23

“İslahatlar daha da dərinləşməlidir…” –İlham Əliyev ölkəyə valyuta axını olacağını açıqladı

musavire-00-1

"Biz artıq postneft döründə yaşayırıq". 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bir neçə ildən sonra Azərbaycan dünya bazarına çox böyük həcmdə təbii qaz ixrac edəcək və bunun nəticəsində ölkəyə valyuta axını davam edəcək. Ancaq biz elə postneft dövründə olduğu kimi yaşamalıyıq. Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq", – deyə prezident qeyd edib.

Prezident qeyd edib ki, postneft dövründə ciddi islahatlar aparılmalı idi və aparıldı.

"Qeyd etməliyəm ki, bu il gömrük orqanlarından daxilolmalar 17% artıq yığılıb ki, bu da müsbət nəticədir. Vergi orqanlarından daxilolmalar 2% artıq olub, lakin burada da böyük ehtiyatlar var. Vergi orqanlarında da aparılan islahatlar bu sistemin daha da şəffaf olmasına şərait yaradacaq. Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır. İnsanlar, xüsusilə də iş adamları bunun müsbət nəticəsini görür. Eyni zamanda bunun nəticəsində ölkəyə daha çox vəsait daxil olur. Əlbəttə, islahatlar daha da dərinləşməlidir. Maliyyə nəzarəti daha da gücləndirilməlidir", – deyə prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, bir neçə ilə dövlət büdcəsinin böyük hissəsi qeyri-neft sektorunun hesabına formalaşmalıdır.

ANS