Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-14-də Azərbaycana rəsmi səfərə gələcək.
Strateq.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətinin məlumatına görə, Ukrayna prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci sessiyasını keçirəcək.
Səfər zamanı müxtəlif sahələrdə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişin imzalanması planlaşdırılır.
Səfər proqramına həmçinin Pyotr Poroşenkonun Azərbaycanın baş naziri və Milli Məclisin sədri ilə fərdi görüşləri də daxildir.