XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 İyul 2016 - 12:50

“Ermənistan-Türkiyə sərhədlərinin açılması şərt kimi ortaya qoyula bilməz”

alican

Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesində ən diqqəti cəlb edən məsələlərdən biri qardaş ölkəylə Ermənistan arasında sərhədlərin açılmasının gündəmə gətirilməsidir. İstər Rusiya, istərsə də Türkiyə KİV-lərində geniş yer ayrılan bu məsələyə, qəribədir ki, rəsmi Bakı tərəfindən hər hansı reaksiya verilmir.

Strateq.az bildirir ki, bu nüans millət vəkili Fərəc Quliyevin də gözündən yayınmayıb.  

Deputatın sözlərinə görə, sərhədlər təkcə Dağlıq Qarabağ münaqişəsinə görə bağlanmayıb: “Ermənistanın həmçinin Türkiyəyə qarşı qondarma soyqırım iddiaları da var. Mütəmadi olaraq, düşmən ölkə Türkiyənin əleyhinə yönəlmiş "soyqırım kampaniyası" aparır. Ermənistan eyni zamanda Türkiyəyə qarşı ərazi iddiaları da irəli sürür. Üstəlik, Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Türkiyə də bəyan edib ki, Azərbaycan torpaqları geri qaytarılmadan sərhədlər açılmayacaq”.

Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına görə Ermənistan-Türkiyə sərhədlərinin açılması zərurət kimi ortaya çıxacağına inan Fərəc Quliyev deyib: “Bu, şərt kimi də irəli sürülə bilməz".