XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2015 - 00:55

Türk kəşfiyyatından şok hesabat: kürdlərdən ibarət 3 min MOSSAD agenti sərhəddə

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iki gün əvvəl keçirilən iclasında Milli Kəşfiyyat İdarəsinin (MİT) təqdim etdiyi hesabat Türkiyə-Suriya sərhədində oynanılan oyunları bir daha ortaya qoydu.

Publika.az saytı Türkiyə mediasına istinadən xəbər verib ki, hesabatda İsrailin kəşfiyyat qurumu MOSSAD-ın təlim keçdiyi 3 min agentin Türkiyə-Suriya sərhədlərinə göndərildiyi qeyd edilib.

Hesabata görə, MOSSAD əksəriyyəti kürdlərdən ibarət olan 3 min agentini iki il əvvəl Suriyanın şimalına göndərib. Qeyd edilir ki, kürd dili də daxil olmaqla, bölgədəki bütün yerli dillər və ləhcələrdə aksentsiz danışa bilən agentlər Suriyanın şimalındakı kantonları birləşdirərək Aralıq dənizinə çıxışı olan kürd dövləti yaratmaq üçün bölgəyə sızıb.

Hesabatda İsrail agentlərinin türkmən və ərəblərə qarşı etnik təmizliyin də memarı olduğu ifadə edilir. İsrail agentlərinin yalnız PYD içində olmadığı, İŞİD başqa olmaqla bölgədə döyüşən bütün silahlı qruplara sızdığı hesabatda əksini tapıb.