XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 06:50

Fransadakı terroru kimin təşkil etdiyi bilindi –İŞİD üzərinə götürdü

fr-5

Fransanın Nitsa şəhərində həyata keçirilmiş terror aktını İŞİD öz üzərinə götürüb.

Musavat.com “Frans Press”ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması iyulun 14-ü yerli vaxtla 23:30-da Fransanın Nitsa şəhərində həyata keçirilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Agentliyin məlumatına görə, 80 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olan teraktı İŞİD terror qruplaşması həyata keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görəsə, kütləni əzib keçən yük maşınının sürücüsünün  şəxsiyyəti məlum olub. Yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. Bu barədə yerli “Nice Matin” nəşri xəbər yayıb.

“iTele” telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olub. Lakin onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.