XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2016 - 12:04

ABŞ-ın texnologiya şirkətləri Trampa “yox” dedi:"O, bir fəlakətdir”

 

donald

ABŞ-ın texnologiya şirkətlərində çalışan bir qrup iş adamı respublikaçı prezidentliyə namizəd Donald Trampın əleyhinə açıq məktub yazıblar.

Strateq.az-ın bildiriyinə görə, aralarında “Yelp”-in icraçı direktoru (CEO) Jeremy Stoppelman, “Tumblr”-in icraçı direktoru David Karp, “Apple”nin qurucularından Steve Vozniak, “Facebook”-un qurucularından Dustin Moskoviç və “Twitter”-in qurucularından Ev Uilyamsın olduğu 145 iş adamı internetdə yaydıqları məktubda, Trampın immiqrantlarla əlaqədar siyasətlərini tənqid edib.

Özlərini texnologiya sənayesində çalışan təşəbbüskar, mühəndis, investor, araşdırmaçı və iş adamı olaraq təqdim edən müəlliflər bildiriblər: "Biz, yeni fürsətləri və yaradıcılığı təşviq edən bir ölkədə yaşadığımıza inanırıq. Donald Tramp isə buna inanmır”.

İmmiqrasiya sayəsində ABŞ texnologiya sektorunun dünyadakı ən parlaq zehinlərini öz qoynuna alıdığını bildirən müəlliflər Trampın görüşlərinin insanların sərbəst hərəkət etmək hüququna qarşı olduğunu bildiriblər.

Müəlliflər Trampın etnik və irqçi ayrıseçkiliyi tələffüz etdiyini və immiqrantlara düşmən kimi yaxınlaşdığını irəli sürüblər: "Trampın seçilməsi innovasiya üçün bir fəlakət olar."

Donald Trampın ifadələrinin bazarları münasibətlərini pozan, ixracatı məhdudlaşdıran və məşğulluğu yavaşladan risklər daşıdığından gileylənən texnologiya liderləri immiqrantlara qarşı daha açıq siyasətlərə sahib bir prezident istədiklərini qeyd edib.

ABŞ-ın ən böyük şirkətlərinin bu məktubu super dövlətin “beyin köçü” siyasətinin məğzini də ortaya qoyur. Bu siyasət müstələkə ölkələrində qurulan rejimlərin şüurlu fəaliyyəti nəticəsində zehin gücü yüksək olan vətəndaşların inkişaf etmiş dövlətlərə axınını nəzərdə tutur.

Xüsusilə ABŞ II Dünya Müharibəsindən sonra yaşanan beyin köçü nəticəsində bütün dövlətləri geridə qoydu və indiki inkişafının təməllərini atdı. Məlumata görə, müharibədən sonra dünya ixracatının 50%-dən artığı ABŞ-ın payını düşürdü. Ölkənin bu cür inkişafının isə iki səbəbi var idi: əvvəla, o zamana qədər sənayeləşmə gücünə görə ön plana çıxan Avropa iqtisadiyyatı darmadağın oldu, ikincisi isə, bu qitədə mövcud olan iqtisadi və elmi potensial müharibə təhlükəsindən qaçaraq okeanın o tayına pənah apardı. Beləcə, dünyanın siyasi qütbü də dəyişdi.

Bu ölkəni super gücə çevirən “beyin köçü” siyasəti indi də davam edir.  Üçüncü dünya ölkələrində hökumətlərin daha çox xammal istehsalına yönləndirilməsi, diktaturaların dəstəklənməsi, hakimiyyət orqanlarının zehni baxımından aşağı səviyyəli kadrlara həvalə edilməsi və sairə kimi siyasətlər qlobal “beyin köçü” siyasətinin tələblərindən biridir. Təsadüfi deyil ki, Azərbaycanın da ən işgüzar adamları məhz xarici ölkələrdə ortaya çıxa, özlərini sübut edə və iş qura bilirlər.

Heydər Oğuz

Strateq.az